ətraf temperatur

ру наружная температура en outdoor temperature de Außentemperatur fr température extérieure es temperatura exterior it temperatura esterna
ətraf havanın temperaturu
ətrafdakı havanın temperatur vericisi
OBASTAN VİKİ
Temperatur
Temperatur (latınca temperatura — normal vəziyyət) və ya hərarət dərəcəsi — fiziki kəmiyyət olub makroskopik sistemdə hissəciyin kinetik enerjisini bir sərbəstlik dərəcəsində xarakterizə edir. Cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyət temperatur adlanır. Molekulların hərəkət enerjiləri temperaturdan asılı olaraq dəyişir. Temperaturun azalması ilə molekullarin hərəkət sürəti azalır və −273,15°C-də tamamilə dayanırlar. Bu temperatur temperaturun mütləq sıfrı adlanır. Temperaturun mütləq sıfrını praktik olaraq almaq mümkün deyil. Temperatur yüksəldikcə entropiya artır düşdükdə isə entropiya azalır. Mütləq sıfırda entropiya sıfıra bərabərdir. Cisimlərin qızma dərəcəsi termometr adlanan cihazla ölçülür. İlk zamanlar düzəldilən tərmometrlər əsasən maddələrin istidən genişlənməsi xassəsinə əsaslanmışdır.
Cəm temperatur
Aqrometeorologiyada ərazinin istilik potensialını və kənd təsərrüfatı bitkilərinin istiliyə olan təlabatını ifadə etmək üçün cəm temperaturlardan istifadə edilir. İlk dəfə olaraq Reomyur 1734-cü ildə bitkilərin istiliyə olan təlabatını cəm temperaturlar göstəricisi ilə vermişdir. Keçmiş SSRİ- də iqlimin termik ehtiyatlarını kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirərkən Q. T. Selyaninov ilk dəfə 100C- dən yuxarı temperatur cəmlərindən istifadə etmiş və belə temperaturları fəal temperaturlar adlandırmışdır. Onlar kənd təsərrüfatı bitkilərinin fəal vegetasiya dövründə istiliklə təminat göstəricisidir. Müəyyən hədlərdən yuxarı fəal temperatur cəmləri histoqram üsulu ilə hesablanır. Bitkilərin istiliyə olan təlabatı effektiv temperaturlar cəmi vasitəsilə də ifadə olunur. Belə temperaturlar cəmi orta sutkalıq temperaturdan hər bir bitkinin bioloji minimumuna uyğun temperaturun çıxılaraq toplanması ilə alınır. Respublikamızda bir çox bitkilər üçün belə temperaturlar cəmi bütövlükdə vegetasiya dövrü və onun ayrı- ayrı hissələri üçün Ə. C. Əyyubov tərəfindən hesablanmışdır. Belə temperaturlar cəmi də orta aylıq temperaturun illik gedişi qrafikinə əsasən hesablanır.
Minimal temperatur
Mütləq minimum temperaturlar — Çoxillik müşahidə dövründə havanın temperaturunun ən aşağı qiymətinə havanın mütləq minimum temperaturu deyilir.Mütləq minimum temperatur orta minimum temperaturdan fərqli olaraq daha kiçik qiymətini radiasiya soyuması üçün əlverişli şəraitə malik olan relyefin yarğanşəkilli formalarında alır. Azərbaycanda mütləq minimum əsasən yanvar, ayrı-ayrı illərdə isə fevralın əvvəlində və dekabrın sonlarında müşahidə edilir.Mütləq minimum temperaturların bu və ya digər qiymətinin təkrarlanmasını bilərək kənd təsərrüfatı bitkilərinin daha dəqiq yerləşdirilməsinə nail olmaq olar.Mütləq minimumun hesablanmış cəm ehtimalı konkret hər hansı bir ildə müşahidə edilən çoxillik iqlim kəmiyyətini dəqiqləşdirməyə imkan verir. Kənd təsərrüfatı bitkilərinin qişlama şəraitinin qiymətləndirilməsində bu iqlim göstəricisindən geniş istifadə olunur. Mütləq minimum temperaturların orta qiymətinə əsasən mütləq minimum temperaturların, başqa sözlə istənilən qiymətdən aşağı böhran temperaturların təkrarlanması barədə mühakimə yürütmək olar.Bu kəmiyyəti hesablamaq üçün mütləq minimum temperaturların çoxillik sırasında hər bir il üzrə qiymətlər cəbri olaraq toplanır və alınan nəticə müşahidə illərinin sayına bölünür.
Mütləq temperatur
Mütleq temperatur-molekulların irəliləmə hərəkətinin orta kinetik enerjisinin ölçüsüdür: E=3/2KT k-Bolsman sabitidir.Mütləq temperatur mənfi ola bilməz Mütleq temperatur mütləq maksimum və mütləq minimum olmaqla 2 təsnifata bolunur. Mütləq maksimum temperatur-müəyyən ərazidə uzun illər ərzində müşahidə edilən ən yüksək temperatur.Yer üzərində mütləq maksimum temperaturu Liviyada (+58C),Azərbaycanda isə Culfada (+44C) olmuşdur. Mütləq minimum temperatur-müəyyən ərazidə uzun illər ərzində müşahidə edilən ən alçaq temperatur.Antaktikadada Rusiyanın “Vostok” stansiyasında qeydə alınmışdır(-89C)Şimal yarımkürəsində ən alçaq temperatur Yakutiya Respublikasının Oymyakon şəhərində(-71C)müşahidə edilmişdir.Azərbaycan ərazisində mütləq minimum temperatur Culfada (-33C)olmuşdur.
Orta temperatur
Orta temperatur - Gündəlik, aylıq və illik orta temperatur , Gündəlik orta temperatur gün ərzində 4 dəfə (saat 1-də, 7-də, 13-də və 19-da) termometrin göstəricisinin cəmini 4-ə bölməklə müəyyənləşdirilir. Aylıq orta temperatur ayın bütün günlərində orta temperaturun cəmini ayın günlərinin sayına bölməklə alınır. İllik orta temperatur isə 12 ayın orta temperaturunun miqdarını 12-ə bölməklə hesablanır.
Temperatur inversiyası
Temperatur inversiyası — hündürlüyə doğru qalxdıqca temperaturun artması. İnversiyanı iki tipə ayırırlar: bilavasitə yer səthində (inversiya qatının qalınlığı on metrlərlə) olan temperatur inversiyaları boş atmosferdə (inversiya qatının qalınlığı yüz metrlərlə) olan temperatur inversiyaları Temperatur inversiyası havanın vertikal yerdəyişməsinə mane olur və çiskin, duman, bulud və ilğımların yaranmasına imkan yaradır. İnversiya relyefin yerli xüsusiyyətlərindən çox asılıdır. Yer kürəsində ən böyük temperatur inversiyası qış dövründə Şərqi Sibir və Antarktidada müşahidə olunur.
Temperatur izotermiyası
Temperatur qradiyenti
Troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq orta hesabla azalır. Atmosferin təbəqələri arasında isə bir- neçə km məsafədə dəyişməz qalır. Məhz temperaturun yüksəklikdən asılı olaraq dəyişməsi amilinə görə atmosfer təbəqələrə ayrılır. Temperatur qradiyenti şaquli və üfüqi qradiyent olaraq iki yere bölünür. Hər 100 m yüksəklikdən bir temperaturun dəyişməsi temperaturun şaquli qradiyenti (TŞQ) adlanır. TŞQ ilin fəsillərindən, sutkanın saatlarından(atmosferin yerüstü qatında) və yüksəklikdən asılı olaraq dəyişir. Orta hesabla TŞQ troposferdə 0,5–0, 60C/ 100 m təşkil edir. Temperatur yüksəklikdən asılı olaraq azaldıqda TŞQ müsbət, artdıqda isə mənfi olur. Temperatur üfüqi enliklərdən asılı olaraq deyişməsidir.
Temperatur şkalası
Mütləq temperatur şkalası-1848-ci il ingilis alimi Uilyam Kelvin Selsi şkalası -1742-ci il Anders Selsi Mütləq temperatur şkalasını ingilis alimi Uilyam Kelvin 1848-ci ildə ən aşağı temperaturu -273,15 C olan termometr şkalası təklif etmişdir.Bu temoeratur 0 K (sıfır Kelvin) ilə işarə olunur.Kelvin şkalasına mütləq temperatur şkalası deyilir.Bu şkalada mənfi temperatur yoxdur.0K-ya bərabər temperatur mütləq sıfır deyilir.0K-da atom və molekulların xaotik hərəkəti kəsilməlidir.Təcrübə göstərir ki, mütləq sıfır temperaturuna yaxınlaşmaq olar,ancaq ona çatmaq mümkün deyil. Selsi şkalasını 1742-ci ildə İsveç alimi Anders Selsinin şərəfinə adlandırılmışdır.Bu temoeratur °C (dərəcə selsi) ilə işarə olunur. İlk dəfə onun təklif etdiyi bu temperatur ölçü sistemininde-şkalada suyun donma temperaturu 0°, qaynama temperaturu isə 100° müəyyən edilmişdi.
Ağdərəq (Ətraf)
Ağdərəq — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Mərkəzi bölgəsinin Ətraf kəndistanında, Əhər şəhərindən 30 km qərb, Təbriz-Əhər avtomobil yolunun 5 kilometrliyindədir.
Ətraf Qənimətov
Ətraf Oktay oğlu Qənimətov (20 mart 1997, Şəki – 13 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. Əslən Laçın rayon Vəlibəyli kəndindən olan şəhid Leytenant Ətraf Qənimətov Oktay oğlu, 20 mart 1997-ci ildə Şəki şəhəri Dəmiryol köçkünlər qəsəbəsində anadan olub. O, 2003-cü il Şəki şəhər "Çələbixan" qəsəbə köçkünlər tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2012-2013-cü tədris ilinin yekununa görə "Təlim və tərbiyyə"də əldə etdiyi nəaliyyətə görə "Fəxri Fərmanla" təltif edilmişdir. 2014-cü ildə həmin məktəbi bitirib, Sumqayıt Dövlət Üniversitetinin "Tarix və Coğrafiya" fakültəsinin "Tarix müəllimliyi" ixtisasına qəbul olmuşdur. 2015-ci ildə "Bakı 2015" İlk Avropa Oyunlarında iştirakına görə "Təşəkkürnamə" ilə təltif olunmuşdur. Mart 2015-İyun 2015 tarixləri arasında Bakıda keçirilmiş "1-ci Avropa Oyunları"nda Mərasim İştirakçısı olaraq möhtəşəm töhfəsinə görə "Sertifikat"la təltif olunmuşdur. Ətraf Qənimətov 17-19 İyun 2016-cı ildə "FORULA 1 GRAND PRİX OF EUROPE"da könüllü olduğu üçün "Sertifikatla" təltif olunmuşdur. 2017-ci il may ayının 12-dən 22-dək keçirilən "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarında da iştirak etmişdir. Azərbaycan Ordusunun Quru Qoşunlarının Leytenantı olan Ətraf Qənimətov 2020-ci il oktyabrın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Ətraf mühit
Ətraf mühit — insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir. Alimlər ətraf mühiti təbii mühit və süni mühit olaraq iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılmışdır. Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühitin obyektləridir. Artıq XX əsrin ortalarında ekoloji böhran özünü bildirməyə başladı. Bu dövrü, ətraf mühitin nəzarətsiz istismarının get-gedə artması dövrü kimi qiymətləndirmək olar. Digər orqanizmlərin daxilində yaşayan endo parazitlərin mühiti Digər orqanizmlərin bədəninin xaricində yerləşən örtüklə (tük, lələk, yun və s.) təmasda olduqda yaranan mühit; Biosenozun bütün biotalarında yaranan mühit; xarici mühit-biosenozlann xaricində yerləşən mühit.
Doğuş zamanı temperatur
Doğuş zamanı temperatur (doğuş zamanı infeksiya, Puerperalfieber, MKB 10. Klass XV O85 Doğum sonrası sepsis) — doğuş zamanı yoluxucu infeksiyanın yaratdığı xəstəliklərin kollektiv adı. Bu tip xəstəliklərin təsvirinə Hippokratda artıq rast gəlinir. Xəstəlik XVII əsrdə ilk doğum xəstəxanasının qurulmasından bəri epidemiyaya çevrilmişdir. Epidemiya XVIII və XIX əsrlərdə, doğum evlərində şagirdlərə mamalıq öyrənməyə icazə verməyə başladıqda daha da gücləndi. Xəstəliyin səbəbi 1847-ci ildə antiseptiklərin istifadəsinə ehtiyac olduğuna işarə edən İqnats Zemmelveys tərəfindən aşkar edildi - kəşfi çağdaşları tərəfindən tanınmadı və antiseptiklər yalnız 1880-ci illərdə cərrahiyyə və mamalıqda istifadə olunmağa başladı. Doğuş zamanı temperaturun törədiciləri zəncir və qasıq bənzər kokklar (streptokoklar və stafilokokklar) və bəzən Escherichia coli, pnevmokok, Leffler difteriya basillusudur. Doğuşdan sonrakı atəşin daha çox yayılmış səbəbi (xüsusilə gec) Gonokokdur. Əksər hallarda infeksiya çirkli əllərlə və ya steril olmayan alətlərlə toxunaraq baş verir (kontakt infeksiya). Çirklənmiş havadan yoluxma (hava yoluxucu infeksiya) yalnız nadir bir istisna olaraq baş verir.
Orta aylıq temperatur
Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. Orta aylıq temperatur orta sutkalıq temperaturların toplanıb ayın günləri sayına bölünməsindən alınır. Havanın orta sutkalıq temperaturunu isə meteoroloji məntəqədə 8 dəfə ölçmə işləri aparılırsa, bütün ölçmə işlərinin nəticələrinin cəmini 8- ə bölməklə alınır. Bundan başqa orta illik və orta sutkalıq temperaturlar da hesablamaq mümkündür.
Orta illik temperatur
Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. Orta illik temperatur orta aylıq temperaturların 12 aydakı ədədi ortasıdır. Bu temperatur ərazinin istilik miqdarı haqqında dəqiq təsəvvür yaratmır və temperaturun illik gedişini əks etdirmir. Digər tərəfdən orta temperaturlar, ekstremal temperaturlar barədə təsəvvür yaratmır ki, bu da kənd təsərrüfatı bitkiləri üçün xüsusilə vacibdir.
Orta sutkalıq temperatur
Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. Bütün müşahidə saatlarının ədədi ortası orta sutkalıq temperatura bərabərdir. Əgər meteoroloji məntəqədə 8 dəfə ölçmə işləri aparılırsa, bütün ölçmə işlərinin nəticələrinin cəmini 8 — ə bölüb, havanın orta sutkalıq temperaturunu alırıq. Bundan başqa orta illik və orta aylıq temperaturlar da hesablamaq mümkündür.
Qalxanabənzər ətraf vəziləri
Qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae qalxanabənzər vəzin yan paylarının arxasında yerləşir, çox vaxt iki cüt olur; bir cüt yuxarı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae superiores və bir cüt aşağı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae inferiores; bəzən anomaliya olaraq birədək azalır və ya 8-dək çoxalır; rəngi sarımtıl və kərpici, hər birinin çəkisi 0,05-0,09 q, uzunluğu 4–8 mm, eni 3–4 mm və qalınlığı 2–3 mm, konsinstensiyası qalxanabənzər vəzidən bir az sərt olur. Yuxarı vəzilər qalxanabənzər vəzinin yan paylarının arxa və içəri tərəfində, aşağı vəzilər qalxanabənzər vəzinin yan paylarının aşağı üçdə bir hissəsində yerləşmişdir, beləliklə yuxarı vəzilər aşağı vəzilərdən orta xəttə yaxın olur. Bunlar qalxanabənzər vəzidən yumuşaq toxuma vasitəsilə ayrılmışlar. Qalxanabənzər ətraf vəziləri xaricdən birləşdirici toxuma kapsulu ilə örtülüdür. və özüdə xüsusi arakəsmələr vasitəsilə bir çox paycıqlara bölünmüşdür. Bunların parenximi epitel hüceyrələrdən təşkil olunmuş və epitel cisimcikləri adlanan atmalardan ibarətdir. Qalxanabənzər ətraf vəziləri genez cəhətcə bronxiogen vəzilərdən olub 3-cü və 4-cü udlaq ciblərinin epitelindən inkişaf edir.
Qazaxıstanda ətraf mühit
Qazaxıstanda ətraf mühit - ölkə ciddi ekoloji ploblemlərlə mücadilə etmək məcburiyyətindədir. Bu problemlərə SSRİ dönəmində onun ərazisinin aton sınağı mərkəzindən biri olması, sahəsinə görə dünyanın ən böyük göllərindən biri olan Aral dənizinin quruması (Qazaxıstanla Özbəkistan sərhədi arasında) və keçmiş əkin sahələrinin səhralaşmaya məruz qalmasıdır. Bu qlobal ekoloji problemləri çoxu hələ sovetlər dönəmində meydana gəlmişdir. Bu məsələlərin araşdırılması ilə Mərkəzi Asiya regional ekoloji mərkəzi məşqul olur. Onlar həm də ekoloji problemlərin həllində koordinasiya mərkəsi rolunu oynayır. Qazaxıstan çöl zonasında yerləşdiyindən SSRİ dönəmində burada çoxlu sayda yeraltı nüvə sınaqları keçirilmişdir. Bu da öz növbəsində bəzi ərazilərin radiasiya səbəbindən istifadəsiz bir bölgəyə çevrilməsinə səbəb olmuşdur. Semipalatin ətrafı yaşayış məntəqələrində və Çinlə sərhədə yaxın ərazilərdə insanlar arasında ankoloji xəstəliklər artmışdır. Ölkənin digər bir problemi isə Aral dənizinin qurumasıdır. Amudərya və Sırdərya çayları suyu kütləvi şəkildə kənd təsərrüfatına cəlb edildiyindən Aral gölü quruyur.
Çinin ətraf mühiti
Çinin ətraf mühiti (Çin: 中国 的 环境) müxtəlif biotalar, iqlim və geologiyadan ibarətdir. Sürətli sənayeləşmə, əhali artımı və ətraf mühitin zəif nəzarəti bir çox ekoloji problemə və genişmiqyaslı çirklənməyə səbəb olmuşdur. Çin ərazilərinə görə 4-cü böyük ölkədir, buna görə geoloji cəhətdən müxtəlif bir ölkədir. Çin geologiyası bir neçə hissəyə bölünə bilər, loess platosu, allüvial Şərqi Çin düzənlikləri, Yangzi çayının cənubundakı dağlıq bölgələr və s. Çin vəhşi təbiətin müxtəlif mənzərəsinə ev sahibliyi edir. Dünyanın zəngin təbiətə malik ölkələrindən biri hesab olunur. Bir çox heyvan növü Çin üçün endemikdir. Çin, 30.000-dən çox bitki növü ilə yerli olan müxtəlif bir floraya malikdir. Çin hökumətinin iqlim dəyişikliyi ilə bağlı mövqeyi mübahisəlidir. Çin Kioto Protokolunu təsdiqlədi, lakin saziş şərtlərinə görə istixana qazı emissiyalarını məhdudlaşdırması tələb olunmur.
Ətraf mühit auditi
Ətraf mühit auditi — sahibkarlıq subyekti tərəfindən və digər fəaliyyətlərin ətraf mühitin mühafizəsi sahəsində tənzimləyici tələblərə uyğunluğunun müstəqil qiymətləndirilməsi və ətraf mühitin mühafizəsi sahəsində tövsiyələrin hazırlanması. Ümumdünya ətraf mühit auditinin 1970-80-ci illərin başlanğıcında olduğu qəbul edilir. Xüsusilə, Avropa İqtisadi Birliyi də ətraf mühitin yoxlanılmasına dair direktiv 1982-ci ildə qəbul edildi, 1984-cü ildə ABŞ Milli Ətraf Mühitin Mühafizəsi Agentliyi federal qurumlar tərəfindən ətraf mühitin yoxlanılması konsepsiyasını hazırladı. Rusiya İmperiyasında ilk ətraf mühit yoxlaması 1892-ci ildə qeydə alındı. "Kimyəvi Bitkilərin Açılışı və Baxımı Qaydası haqqında" Məcburi Qaydalar əslində ətraf mühitin yoxlanılması üçün ilkin sənəd idi. Ətraf mühitin qorunması sahəsində siyasət və strategiyanın əsaslandırılması, İqtisadi və digər layihələrin ekoloji aspektlərinin təhlili və qiymətləndirilməsi, Ətraf mühitin mühafizəsi sahəsində qaydaların təhlili və qiymətləndirilməsi, Ətraf mühit fəaliyyətinin əsaslandırılması və başlanması, Sənaye və ərazilərin ekoloji problemlərinin müəyyənləşdirilməsi. Məcburi və proaktiv ekoloji yoxlamalara bölünür. Bu çərçivədə aşağıdakı növlər meydana gələ bilər: Bir təsərrüfat subyektinin ətraf mühitin tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi, Ətraf mühitin idarəetmə sisteminin səmərəliliyinin qiymətləndirilməsi, İstifadə olunmuş xammalın, avadanlıqların, texnologiyaların ətraf mühit təhlükəsizliyinin qiymətləndirilməsi, Çirklənmədən iqtisadi zərərin qiymətləndirilməsi, Tullantıların təhlükə qiymətləndirilməsi, Müəyyən bir ərazidə təbiətin idarə edilməsinin rasionallığının müəyyənləşdirilməsi, Enerji istehlakının qiymətləndirilməsi və azaldılması yollarının təklifi, İstixana qazı tullantılarının həcminin müəyyənləşdirilməsi və onların azaldılması üçün tədbirlərin hazırlanması, Süni texnoloji qəzalar və təbii fəlakətlər nəticəsində ekoloji riskin qiymətləndirilməsi, Ətraf mühit problemlərin müəyyənləşdirilməsi və onların həlli üçün tədbirlərin hazırlanması, Ətraf mühit təhlükəsizlik mövzusunda qəbul edilmiş normativ hüquqi aktların əsaslandırılması.
Ətraf mühit fəalı
Ətraf mühit fəalı — ətraf mühiti qorumaq üçün çalışan şəxs. Ətraf mühit fəalı ekoloji hərəkatın, “insanların ekoloji cəhətdən zərərli fəaliyyətini dəyişdirərək ətraf mühitin keyfiyyətini yaxşılaşdırmağa və mühafizə etməyə çalışan siyasi və etik hərəkat” məqsədlərinin tərəfdarı hesab etmək olar. Ekoloq ətraf mühitin mühafizəsi fəlsəfəsinə sadiqdir və ya ona inanır. Ekoloqlar bəzən qeyri-rəsmi və ya alçaldıcı terminlərlə, məsələn, “yaşıllar” və “ağac həvəskarları” olaraq adlandırılırlar. Ətraf mühit hərəkatı Amerikanı bu gün 1960-cı və 1970-ci illərin əvvəllərində olduğundan daha yaşıl bir yerə çevirmişdir. Aşağıda ətraf mühitin mühafizəsi və mühafizəsi üçün fəal lobbiçilik edən görkəmli ekoloqların qismən siyahısı verilmişdir: Qreta Tunberq Ceymi Marqolin Sofiya Kianni Kyara Sakki Teodor Ruzvelt Son illərdə təkcə Ətraf mühit fəalı deyil, həm də Ətraf mühit fəalı insanlar meydana çıxıb. Məsələn, “info-ekoloqlar” internet, kabel televiziyası və smartfonların çatışmazlıqlarından qurtularaq “zehni yaşıl məkana” çağıran fəallardır.
Ətraf mühitin gigiyenası
Ətraf mühitin gigiyenası — gigiyenanın ətraf mühit şəraitinin əhalinin sağlamlığına təsirini və insanın sağlamlığın; saxlamaq nöqteyi-nəzərincə ətraf mühitin optımallaşdınlması kriteriyasmı (ölçüsünü) öyrənən sahəsi. Bəzən düzgün olmayaraq təbiətin (ətraf mühitin) mühafizəsi kimi də işlədilir. Ətraf mühitdə zərərli maddələrin miqdarinin gigiyenik normalaşdırılması — ətraf mühitin müxtəlif obyektlərində zərərli maddələrin insan üçün zərərsizlik dərəcəsinin əsaslandırılması. Ətraf mühitdə zərərli maddələrin gigiyenik mümkün konsentrasiya həddi kriteriya kimi istifadə olunur.
Ətraf mühitin iqtisadiyyatı
Ətraf mühitin iqtisadiyyatı (ing. environmental economics) — təbiət və cəmiyyət arasındakı münasibətlərin iqtisadi aspektlərini öyrənən iqtisadi elm sahəsidir. ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosunun Ətraf İqtisadiyyatı Proqramında deyilir: “... ətraf mühitin iqtisadiyyatı sahəsi ... dünyada və ya yerli ətraf mühit siyasətinin iqtisadi təsirlərinin nəzəri və empirik tədqiqatlarıdır ... havanın çirklənməsi, suyun keyfiyyəti, zəhərli tullantılar, qatı tullantıların atılması və saxlanması və qlobal istiləşmə ilə əlaqəli ekoloji siyasət ". Ətraf mühitin iqtisadiyyatı ekoloji iqtisadiyyatından fərqlənir ki, ətraf mühit iqtisadiyyatı iqtisadiyyatı təbii kapitalın qorunmasına önəm verərək ekosistemin alt sistemi kimi vurğulayır. Alman iqtisadçılarının bir sorğusu ekoloji iqtisadiyyat və ətraf mühit iqtisadiyyatının fərqli iqtisadi düşüncə məktəbləri olduğunu göstərdi, ətraf mühit iqtisadçıları ətraf mühitin "güclü" dayanıqlığını vurğuladılar və insan ("fiziki") kapitalının təbii kapitalı əvəz edə biləcəyini inkar etdilər. Ətraf mühit iqtisadiyyatının mərkəzində bazar uğursuzluğu anlayışı durur. Bazar uğursuzluğu, bazarların resursları səmərəli şəkildə paylaya bilməməsi deməkdir.
Ətraf mühitin keyfiyyəti
Ətraf mühitin keyfiyyəti — ekoloji anlayış olub obyektiv-subyektiv münasibəti əks etdirir. İnsan üçün ətraf mühitin keyfiyyətinin kriteriyası onun sağlamlığıdır. Ətraf mühitin keyfiyyəti — nisbi anlayışdır, landşaftın eyni bir vəziyyətinin xassəsi müxtəlif əhali qrup üçün (məs: uşaqlar, böyüklər, sağlam-xəstə, aboriqen-liqrant və s.) keyfiyyət baxımından müxtəlif ola bilər. İnsanın mühitlə optimal əlaqəsi zamanı insanın sağlamlığı normal olsa, yaxud yaxşılaşarsa, mühit sağlam ve ya komfort mühit kimi qiymətləndirilir. Əgər insanın mühitlə münasibəti zamanı onun sağlamlığı normadan kənara çıxarsa (pisləşərsə), mühit sağlam olmayan və ya diskomfort mühit kimi qiymətləndirilir. Əgər insanın mühitlə əlaqəsi zamanı əhalinin sağlamlığının vəziyyətində ciddi qarşısıalınmaz dəyişiklik müşahidə edilərsə, mühit ekstremal mühit kimi qiymətləndirilir. Ətraf mühitin keyfiyyəti ümumi dövlət miqyasında respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən izlənməlidir. Ətraf mühitin təbii xassələrinin yol verilən dəyişilmə həddinin müəyyən edilməsi.
Ətraf mühitin monitorinqi
Monitorinq (ing. monitoring, lat. monitor) – yad edici, nəzarət edici) – Ekosistemin (ekoloji M.) və biosferin (biosfer M.) dəyişilməsi üzrə yerinə yetirilən uzunmüddətli kompleks müşahidələr və eksperimentlər sistemi. Xüsusi stansiyalarda (o cümlədən hidrometeoroloji) və biosfer qoruqlarında yerinə yetirilir. Monitorinq antropogen təsir altında olan biosferin və onun ayrı-ayrı elementlərinin vəziyyətinin dəyişməsinə qiymət vermək və onu proqnozlaşdırmağa yönəldilir. Monitorinqin vəzifəsi biosferin davamlığının zəifləməsi və bioloji məhsuldarlığının azalmasına səbəb olan mümkün antropogen yükün həddinin aşmasını vaxtında aşkar etməkdir. Ekosistemin miqyasına görə lokal monitorinq, regional monitorinq və qlobal monitorinq ayrılır. Lokal monitorinq - İnsan fəaliyyətinin təsiri ilə biosferin lokal dəyişməsi ayrı-ayrı bitkilərin fizioloji vəziyyətinin bilavasitə ölçülməsi yolu ilə aparılır: Regional Monitorinqdə - əsas obyekt bitki populyasiyası, fitosenoz və bitki qruplaşmasının tipi hesab olunur, bitki örtüyünün növ zənginliyi, quruluşu və sahəsinin dəyişməsi aşkar olunur. Qlobal Monitorinqdə - geniş ekosistemlərin dəyişməsi distansion və avtomatik müşahidə metodları (həmçinin aero və kosmik fotoşəkilçəkmək) ilə yerinə yetirilir. Monitorinq sistemi ekoloji proqnozlaşdırma üçün ilkin məlumatlar əldə edir.